Rus hərbçini öldürən erməni İŞİD-çiyə 22 il həbs verildi

 Rus hərbçini öldürən erməni İŞİD-çiyə 22 il həbs verildi
  06 Noyabr 2018    Oxunub:2907
Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirən Arman Cancuqazyan 22 il müddətinə azadlıqdan məhrum edilib.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, İŞİD tərəfdarı olan Ermənistan vətəndaşının həbsinə dair məhkəmə hökm çıxarıb.

Qeyd edək ki, 2017-ci ilin aprel ayında Gümrüdə rusiyalı hərbçi, müqavilə üzrə xidmət göstərən Dmitri Yalpayev öldürülüb. Qətlin Cancuqazyan tərəfindən törədildiyi məlum olub. O, ilkin ifadəsində cinayəti etiraf edib. Araşdırma zamanıq qatilin İŞİD tərəfdarı olduğu, terrorçularla təmas qurduğu üzə çıxıb.

Azvision.az





Teqlər: Ermənistan   Gümrü   Həbs  





Xəbər lenti