Üç idmançımız dünya çempionu oldu

  06 Noyabr 2018    Oxunub : 4784
Üç idmançımız dünya çempionu oldu
İtaliyanın Karrara şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatına yekun vurulub.
Çempionatda ölkəmizi 12 idmançı təmsil edib. Mundialda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin 3 idmançısı mükafatçılar sırasında yer alıb.

Sanda döyüşlərində böyüklərin mübarizəsində 56 kiloqram çəki dərəcəsində yarışan üçqat Avropa çempionu, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Elçin Eminov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklərin mübarizəsində 65 kiloqram çəkidə Atilla Həsənsoy da uğurla çıxış edərək qızıl medala sahib olub.

Turnirdə 14-15 yaşlı idmançıların yarışında Fətəli İsmayılov (56 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq ikiqat dünya çempionu adını qazanıb.

Azvision.az

Teqlər: