Rus əsgəri öldürən erməni İŞİD-çi şikayətçidir

Rus əsgəri öldürən erməni İŞİD-çi şikayətçidir
  06 Noyabr 2018    Oxunub:2366
Ermənistan vətəndaşı Arman Cancuqazyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgərini öldürdüyünə görə 22 il azadlıqdan məhrumetmə cəzası alıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, cəza Ermənistanın Şirak əyalətinin ümumi yurisdiksiya məhkəməsinin 31 oktyabrda keçirilən iclası zamanı çıxarılıb.

Cancuqazyanın vəkili Qurqen Arutyunyan məhkəmənin müttəhimə qarşı hədsiz sərt davranmasından və cəzanın ağırlığından şikayətlənib. Bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.

Xatırladaq ki, Arman Cancuqazyan 2017-ci ilin 22 aprelində milli nifrət zəminində Gümrüdə hərbi xidmət keçən rus əsgəri Dmitri Yalpayevi qətlə yetirib. İstintaq zamanı Cancuqazyanın İŞİD terror təşkilatının təqibçilərindən olduğu üzə çıxıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Gümrü  





Xəbər lenti