Azərbaycan nefti ucuzlaşıb

  07 Noyabr 2018    Oxunub : 299
Azərbaycan nefti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 71,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar geriləyərək 61,85 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,78 dollar ucuzlaşaraq 72,87 təşkil edib.

Azvision.az

Teqlər: Neft