Terrorçular indi də jurnalistləri hədəfə aldı

Terrorçular indi də jurnalistləri hədəfə aldı
  30 Oktyabr 2013    Oxunub:1107
Müharibə bölgələrində çalışan jurnalistlər terrorla qarşı-qarşıyadırlar.
AzVision.az-ın "İtar-Tass"a istinadən yaydığı məlumata görə, Suriyanın Hələb əyalətində Əl-ərəbiyyə Televiziyasının reportyoru Məhəmməd Səid öldürülüb. Bu barədə televiziya kanalının saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, naməlum silahlı kişi jurnalisti Hələb əyalətinin şimali qərbində yerləşən Hareytan yaşayış məntəqəsində güllələyib.

Xatırladaq ki, bu ilin oktyabr ayının 10-da Suriyanın şərqində çəkiliş apararkən, Əl- Əxvariyyə sputnik televiziyasının operatoru qətlə yetirilib. Yanvar ayınını 11-də isə fransız jurnalisti Jil Jak silahlıların atdığı mərminin partlayışından həyatını itirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti