"Vorskla" - "Qarabağ": Start heyətlər açıqlandı

 "Vorskla" - "Qarabağ":  Start heyətlər açıqlandı
  09 Noyabr 2018    Oxunub:8021
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Vorskla” - “Qarabağ” oyunu üçün start heyətlər açıqlanıb.
Azvision.az xəbər verir ki, “Qarabağ”ın heyətində Hannes Tur Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Con Delarj, Yakub Jezniçak və Donald Gerye yer alıblar.

“Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku və Pavlo Rebenyo çıxacaqlar.

Qeyd edək ki, Aleksey Butovski adına stadionda keçiriləcək qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Azvision.az


Teqlər: UEFA   Qarabağ  





Xəbər lenti