Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi
  09 Noyabr 2018    Oxunub:6795
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra açıqlanan UEFA reytinqində Azərbaycan 1 pillə irəliləyərək 26-cı yerə yüksəlib.
Azvision.az xəbər verir ki, buna səbəb “Qarabağ”ın Ukraynada “Vorskla” üzərində qazandığı 0:1 hesablı qələbədir.

Bu qələbə ilə "Qarabağ" ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Hazırda Azərbaycan 19.000 xalla 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UEFA   Reytinq  





Xəbər lenti