Rəfael Ağayev karyerasında ilk dəfə bürünc qazandı

Rəfael Ağayev karyerasında ilk dəfə bürünc qazandı
  10 Noyabr 2018    Oxunub:7125
Madriddə keçirilən böyüklər arasında karate üzrə 24-cü dünya çempionatının beşinci günündə - noyabrın 10-da milli komandamızın üzvü Rəfael Ağayev karyerasında ilk dəfə bürünc medala sahib olub.
Azərbaycan Milli Karate Federasiyasından Azvision.az-a verilən məlumata görə, idmançımız üçüncü yer uğrunda görüşdə özbəkistanlı Dastonbek Otobolaevi 2:1 hesabı ilə məğlub edib. Bu, Rəfael Ağayevin karyerasında ilk bürünc medalı olub.

Xatırladaq ki, bu gün millimizin iki üzvü final yarışında gücünü sınayacaq. Böyüklərin yarışında İrina Zaretska (68 kq) finalda rusiyalı Viktoriya İsaeva ilə qarşılaşacaq.

Sahib Əhədov isə parakarateçilərin yarışında İspaniya təmsilçisi ilə üz-üzə gələcək.

Azvision.az



Teqlər: Rəfael-Ağayev  





Xəbər lenti