İdmançımız dünya ikincisi oldu - FOTO

İdmançımız dünya ikincisi oldu -  FOTO
  11 Noyabr 2018    Oxunub:7262
Parakarate üzrə Azərbaycan milli komandasının üzvü Sahib Əhədov Madriddə keçirilən dünya çempionatının gümüş mükafatına sahib olub.
Azərbaycan Milli Karate Federasiyasından Azvision.az-a verilən məlumata görə, S.Əhədov həlledici görüşdə Yaponiya təmsilçisi Yasuşi Obadan 0,9 xal geri qalıb.

İlk mərhələdə 40,5 xal qazanan idmançımız final görüşündə 43,7 xal toplayıb. O, iki il əvvəl Avstriyanın Linz şəhərində keçirilən 23-cü dünya çempionatında dördüncü yeri tutmuşdu.



Xatırladaq ki, milli komandamızın üzvü İrina Zaretska böyüklərin yarışında qızıl, Rəfael Ağayev isə bürünc medal qazanıblar.

Dünya çempionatına noyabrın 11-də yekun vurulacaq. Olimpiada proqramına daxil edildikdən sonra ilk dünya çempionatına rekord sayda - 140 ölkədən 1147 idmançı, parakarateçilərin yarışına isə 33 ölkədən 100 atlet qatılıb. Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və parakarate üzrə turnirində çıxış edirlər. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatami üzərinə çıxmayıb.



Azvision.az


Teqlər: Karate   Dünya-Çempionatı  





Xəbər lenti