“Barselona” öz meydanında uduzdu

“Barselona” öz meydanında uduzdu
  12 Noyabr 2018    Oxunub:7131
İspaniya La Liqasında 12-ci turun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, lider “Barselona” öz meydanında “Betis”i qəbul edib.

Maraqlı epizodlarla yadda qalan görüşdə sevinən tərəf qonaqlar olub. Belə ki, ardıcıl hücumlara baxmayaraq, “Barselona” doğma divarlar arasında 3:4 hesablı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, hazırda “Barselona” turnir cədvəlində 24 xalla birinci, “Betis” isə 16 xalla 12-cidir.

Azvision.az



Teqlər: Barselona   Betis   La-Liqa   İspaniya  





Xəbər lenti