Olland İsrailin "qara siyahı"sına düşdü

Olland İsrailin "qara siyahı"sına düşdü
  31 Oktyabr 2013    Oxunub:1021
İsrail parlamenti Fransa prezidenti Fransua Ollandı "arzuolunmaz şəxs" elan edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail parlamentinin spikeri Yuliya Edelşteyin iclas zamanı Fransa prezidenti Fransua Ollandı görmək istəmədiklərini bəyan edib. Bundan başqa Fransanın İsrailə yeni təyin edilən səfirinin də rəsmi tədbirlərə dəvət edilməyəcəyi barədə də məlumat verilib.

İsrail parlamentinin belə bir addım atmasına səbəb kimi, Fransua Ollandın İsrail səfəri zamanı parlamentdə deputatların önündə çıxış etməkdən imtina etməsi göstərilir.

Qeyd edək ki, F.Ollandın noyabr ayının ortasında İsrailə rəsmi səfər etməsi gözlənilir.


Teqlər:





Xəbər lenti