"Qarabağ"ın "Arsenal"la oyununun biletləri satışda

"Qarabağ"ın "Arsenal"la oyununun biletləri satışda
  13 Noyabr 2018    Oxunub:7467
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda qarşılaşacağı "Arsenal"la matçının biletləri satışa çıxarılıb.
Azvision.az-ın Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən bildirir ki, biletləri iticket.az saytından onlayn olaraq və ya "iticket"in baş ofisindən ( AF Mall, 14-cü mərtəbə, ofis 36) əldə etmək mümkündür. Biletlərin qiymətləri 39-56 manat arasındadır.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" görüşü dekabrın 14-ü (yerli vaxtla 13 dekabr) saat 00:00-da başlayacaq.

Azvision.az



Teqlər: Qarabağ   Arsenal  





Xəbər lenti