Ağsuda oğurluq edənlər Bərdə bazarında ələ keçdi

  30 Oktyabr 2013    Oxunub : 456
Ağsuda oğurluq edənlər Bərdə bazarında ələ keçdi
Ağsuda mal-qara oğruları Bərdədə ələ keçdi.
AzVision.az Trend-ə istinadən xəbər verir ki,Ağsu sakinlərinin müraciəti əsasında rayon polis şöbəsinin əməkdaşları iri və xirda buynuzlu mal-qara oğurluğu ilə məşğul olan şəxsləri yaxalayıb. Keçirilən əməliyyat nəticəsində Bərdə rayonunda, mal-qara bazarında Agsu rayonundan ogurlanmış mal-qaranı satan 3 nəfər tutulub. Onlar Agdamdan olan Qəbələ rayonunun qaçqın şəhərciyində yaşayan Nofəl Asəf oglu Sarıyev və Qəbələ rayonunun Bum qəsəbə sakinləri Şəhriyar Məlikmürşüd oglu Soltanov ilə Murad Müsənnif oglu Rəşidovdur.

Polis oğurlanmış mal-qaranın bir hissəsini zərərçəkənlərə qaytarıb. Hadisəni törədən şəxslər tutduqları əməldən peşman olduqlarını bildiriblər.

Ağsu RPŞ-nin rəis müavini Mehman Məmmədov bildirib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Teqlər: