“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayırılıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mütərəqqi, çoxşaxəli ardıcıl və mərhələli şəkildə həyata keçirilən islahatlar konsepsiyasının tərkib hissəsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan “DOST” layihəsinin uğurlu icrasına yönələn bu sərəncamlar əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasının dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DOST Agentliyinin və 124 növdə xidmət göstərəcək “DOST” mərkəzlərinin yaradılması üçün müvafiq işlər davam etdirilir. Nazirlik tərəfindən artıq “DOST” konsepsiyası, aidiyyəti hüquqi bazanın formalaşdırılması məqsədilə normativ hüquqi aktların layihələri, “DOST” mərkəzlərinin struktur, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri, vəzifə təlimatları və s. hazırlanıb.
Cari ildə Bakı şəhərində ilk “DOST” mərkəzinin açılması ilə bağlı işlərə başlanılıb və növbəti illərdə də respublikanın bölgələrində belə mərkəzlərin açılması nəzərdə tutulub.
Azvision.az
Teqlər: DOST ƏƏSMN İlham-Əliyev