Ozobiç turun ən yaxşı oyunçusu seçildi

  13 Noyabr 2018    Oxunub : 6489
Ozobiç turun ən yaxşı oyunçusu seçildi
Azərbaycan Premyer Liqasının XI turunun ən yaxşı futbolçusu məlum olub.
Azvision.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun ən yaxşı oyunçusu “Qarabağ” klubunun hücuma meyilli yarımmüdafiəçisi Filip Ozobiç olub. O, keçmiş komandası “Qəbələ”yə qarşı görüşdə 90 dəqiqə meydanda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“İnStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandasında Emil Balayev (“Səbail”), Tellur Mütəllimov (“Zirə”), Bədavi Hüseynov (“Qarabağ”), Rahil Məmmədov (“Qarabağ”), Ömər Buludov (“Neftçi”), Baqali Dabo (“Neftçi”), Filip Ozobiç (“Qarabağ”), Markos Madera (“Qarabağ”), Sertan Taşqın (“Keşlə”), Ruslan Qurbanov (“Səbail”) və Yevgeni Koçuk (“Səbail”) yer alıblar.

Azvision.az

Teqlər: PFL