"Forbes": Putin dünyada ən nüfuzlu şəxsdir – VİDEO

"Forbes": Putin dünyada ən nüfuzlu şəxsdir – VİDEO
  31 Oktyabr 2013    Oxunub:1084
ABŞ-ın aparıcı xəbər dərgilərindən olan "Forbes"in hər il tərtib etdiyi "Dünyanın ən nüfuzlu şəxsləri" siyahısında bu il ilk sırada Rusiya Prezidenti Vladimir Putin yer alıb.
AzVision.az xəbər verir ki, "Forbes" V.Putinin Rusiyaya nəzarət, Rusiyadan sığınacaq tələb edən Eduard Snouden və Suriya böhranı məsələlərində ortaya qoyduğu siyasi iradə səbəbindən "ən nüfuzlu şəxs" olduğunu bildirir.

Ötən il ilk sırada yer alan ABŞ Prezidenti Barak Obama ikinci, Çin Xalq Respublikasının Sədri Si Tszinpin isə üçüncü sıradadır.
Siyahının ilk 10-luğu:
1. RF Prezidenti Vladimir Putin
2. ABŞ Prezidenti Barak Obama
3. ÇXR Sədri Si Tszinpin
4. Roma Papası Fransesk
5. Almaniya Kansleri Angela Merkel
6. "Microsoft" şirkətinin sahibi Bil Geyts
7. ABŞ Mərkəzi Bankının rəhbəri Ben Bernanke
8. Səudiyyə Ərabistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud
9. Avropa Mərkəz Bankının rəhbəri Mario Draqi
10. "Wal-Mart CEO" şirkətinin rəhbəri Maykl Dyuk


Путин стал самым влиятельным человеком


Teqlər:





Xəbər lenti