Netenyahu Marqvelaşini İsrailə dəvət etdi

Netenyahu Marqvelaşini İsrailə dəvət etdi
  31 Oktyabr 2013    Oxunub:1140
İsrailin baş naziri Gürcüstanın yeni seçilən prezidentini ölkəsinə dəvət edib.
İsrailin baş naziri Benyamin Netehyahu və Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvili arasında telefon danışığı olub. AzVision.az xəbər verir ki, bu barədə Marqvelaşvilinin facebook sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb. Netanyahu Marqvelaşvilini prezident seçilməsi münasibətilə təbrik edir. Tərəflər iki ölkə arasında əsrlərə dayanan dostluğun daha da möhkəmləndiriləcəyini vurğulayıblar.

Hər iki lider Gürcüstan və İsrail arasında turizm, ticarət və biznes sahəsində əlaqələrini inkişaf etdirmək niyyətində olduqlarını qeyd ediblər. Netanyahu Marqvelaşvilini İsraillə rəsmi səfərə dəvət edib. Dəvəti qəbul edən Gürcüstan prezidenti səfərinin yaxın gələcəkdə baş tutacağını bildirib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçirilib. Hakim “Gürcü arzusu” Koalisiyasının namizədi Georgi Marqvelaşvili 62,1% səslə qalib olub.

S.Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti