UEFA "Qəbələ"yə 250 min avro ayırdı

UEFA "Qəbələ"yə 250 min avro ayırdı
  16 Noyabr 2018    Oxunub:8252
UEFA "Qəbələ" İdman Klubuna daha 250 min avro ayırıb.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2018/2019 mövsümündə UEFA Gənclər Liqasınının I mərhələsində iştirakına görə səyahət (travel and accommodation) xərci üçün nəzərdə tutulub. Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qəbələ”nin hesabına köçürülüb.

Qeyd edək ki, "Qəbələ" UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Daha əvvəl UEFA "qırmızı-qaralar"a “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 507 579,57 avro ödəyib.

Azvision.az


Teqlər: UEFA   Qəbələ  





Xəbər lenti