ABŞ-da ilk qar 8 nəfərin ölümünə səbəb olub

  16 Noyabr 2018    Oxunub : 479
ABŞ-da ilk qar 8 nəfərin ölümünə səbəb olub
Ötən gün ABŞ-a ilk qar yağıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, şimal-şərq və bəzi mərkəzi rayonlara yağan qar 8 nəfərin ölümünə səbəb olub.

Ölüm halları əsasən buz bağlamış yollarda baş verən qəzalar nəticəsində meydana gəlib. Bəzi yerlərdə qarın hündürlüyü 20 santimetrə çatıb, elektrik naqilləri qırılıb. Virciniya, Ohayo, Kentukki və İndiana ştatlarında 300 min sakin işıqsız qalıb.

Nyu-York ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 1,6 min aviareys ləğv olunub, 8 mindən çox aviareys isə təxirə salınıb.

Azvision.az

Teqlər: ABŞ   Qar