“Rəqibin sürprizlərinə hazır olmağa çalışacağıq” - Qurban Qurbanov

 “Rəqibin sürprizlərinə hazır olmağa çalışacağıq” -  Qurban Qurbanov
  17 Noyabr 2018    Oxunub:8620
Millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin beşinci turunda sabah Farer adalarını qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib. O, əvvəlcə matçla bağlı fkirlərini bildirib.
- Çox danışmağa ehtiyac yoxdur. Hər şey məlumdur. Komandanı pis hazırlamamışıq, sabahkı oyunu gözləyirik. Düzgün oyun qurub, uğurlu nəticə əldə etməyə çalışacağıq.

- Pavel Paşayevin durumu necədir?

- Durumu pis deyil, hər şey qaydasındadır.

- Rəqibin baş məşqçisi və kapitanı kifayət qədər iddialı danışdı. Onlardan hər hansı bir sürpriz gözləyirsinizmi və buna hazırsınızmı?

- Rəqibi tam yaxından tanıyırıq. Onlara qarşı oynamışıq. Hər bir komanda belə oyunda iddialı olmalıdır. Biz də iddialıyıq. Hər bir futbolçumuz ən yaxşı oyununu göstərəcək və rəqibin sürprizlərinə hazır olmağa çalışacağıq. Onların Kosovo ilə oyunlarına da baxmışıq. Fərqli heyət, dəyişikliklər. Matçın gedişində dəyişikliklər edə bilərik. Biz də iddialıyıq və qələbə qazanmağa çalışacağıq.

- Ötən oyunlarla müqayisədə heyətə yeni futbolçular cəlb etmisiniz. Start heyətində dəyişiklik planlaşdırırsınızmı?

- Bəli, yeni oyunçular var. Amma bununla bağlı fikir bildirə bilmərəm. Sabah oyundan əvvəl heyət bəlli olacaq.

- Son vaxtlar səfər matçlarında daha yaxşı çıxış edirsiniz. Hətta bu, “Qarabağ”a da aiddir. Bunu nə ilə əlaqələndirmək olar?

- Əlaqələndirmək istəməzdim. Bir tərəfdən hər bir futbolçu elə də pis hal deyil. Amma hər halda bütün komandalara baxsaq, evdə daha çox xal toplayırlar. Bakıda da yaxşı nəticə əldə edə bilərik. Bəzən səfərdə oyun qurmaqla, evdəki matça hazırlaşmaq fərqli olur. Ev sahibi aktiv oynamaq, hücumda oynamaq istəyir. Öz meydanımızda çıxış edəndə rəqib müdafiədə daha diqqətli olur. Ancaq çox olub ki, rəqibin müdafiə olunmasına baxmayaraq, çox qol vəziyyəti yaratmışıq. Qələbə əzmi ilə hazırlaşırıq və inanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.

- Hücum siyahısında 5 oyunçu var. Son iki matçda 2 hücumçu ilə oynamağınız mümkündürmü?

- 2 hücumçu dedikdə, mənim futbolçulardan həmişə tələbim odur ki, hücumda sayımız çox olsun. Bu o demək deyil ki, mütləq 2 hücumçu ilə çıxış edək. Ön xətdə olan oyunçulara həmişə hücumçu gözü ilə baxıram. Oyunun gedişinə görə, bəzən 2, bəzən 3 hücumçu meydana buraxırıq. Bizim hədəfimiz oyun üslubumuzu daha da yaxşılaşdırmaqdır. Lazım olsa, yenə dəyişikliklərə əl atacağıq. (Qol.az)

Azvision.az


Teqlər: Qurban-Qurbanov  





Xəbər lenti