“İmtahanlarda ciddi dəyişikliklər olacaq” - Məleykə Abbaszadə

“İmtahanlarda ciddi dəyişikliklər olacaq”  -  Məleykə Abbaszadə
  17 Noyabr 2018    Oxunub:10844
"Gələn il Dövlət İmtahan Mərkəzi (DİM) üçün gərgin keçəcək. Çünki imtahanlarda ciddi dəyişikliklər olacaq"

Azvision.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti " mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 2018-ci ilin 10 ay ərzində 641 min 517 iştirakçı imtahanda olub: "18603 nəfər qabiliyyət imtahanlarında iştirak edib. 48309 nəfər ictimaiyyət nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2367 nəfər ekspert, marker qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirmək üçün cəlb olunub. Bu əməkdaşlar və mütəxəssislər hüquq mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir və DİM-in əməkdaşları ilə çiyin-çiyinə imtahanların həyata keçirilməsinə öz töhfələrini verirlər”.

M.Abbaszadə qeyd edib ki, beynəlxalq qiymətləndirmələrin nəticələri və orada istifadə edilən alətlər öyrənilir. "Bunu etməyimizə səbəb istifadəçilərə verilən sualların müasir dövrə uyğun olması ilə bağlıdır".

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti