Kosovo - Azərbaycan oyununun hakimləri açıqlandı

Kosovo - Azərbaycan oyununun hakimləri açıqlandı
  17 Noyabr 2018    Oxunub:8568
Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Azvision.az xəbər verir ki, görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Benua Millot olacaq. Ona Mehdi Rahmouni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyderlə Karim Abed olacaq.

Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Azvision.az



Teqlər: Azərbaycan   Kosova  





Xəbər lenti