Kosovo-Azərbaycan oyununun hakimləri bilindi

  18 Noyabr 2018    Oxunub : 8232
Kosovo-Azərbaycan oyununun hakimləri bilindi
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 20-də Priştinada “Fadil Vokkri” stadionunda keçiriləcək Kosovo-Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördüncü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Azvision.az

Teqlər: