Kamran Ağayev millinin heyətindən çıxarıldı

Kamran Ağayev millinin heyətindən çıxarıldı
  18 Noyabr 2018    Oxunub:10344
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin (“Keşlə”) əvəzinə millinin heyətinə “Qarabağ” klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.

Azvision.az



Teqlər: AFFA   Milli  





Xəbər lenti