Ermənini məğlub edən idmançımız dünya çempionu oldu

Ermənini məğlub edən idmançımız dünya çempionu oldu
  19 Noyabr 2018    Oxunub:10993
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.
Azvision.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.

Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda Çin idmançısıyla bacarmayıb.

İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən İsmayıl üçün bürünc medal qazanmaq fürsəti yaranıb. Amma təmsilçimizin zədəsi noyabrın 18-də təsəlliverici görüşə çıxmağa imkan verməyib.

Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz noyabrın 18-də bürünc medal görüşünə çıxıb. Qarşılaşma boyunca kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.

Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığmanın üzvü noyabrın 18-də finalda rusiyalı idmançı Aslanbek Sotievə qalib gələrək dünya çempionu olub.

Azvision.az


Teqlər:





Xəbər lenti