Ölkəmiz “Florida keys” yarışında təmsil olunub
Müsabiqənin təşkilatçısı bəstəkar C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun köməyilə keçirilib.
Müsabiqənin məqsədi dünyanın hər yerindən gənc istedadlı musiqiçilərin üzə çıxarılması və təbliğidir ki, bu da onlara Nyu-Yorkun məşhur “Carnegie Hall”un səhnəsində çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Qeyd edək ki, müsabiqəyə bu ilin əvvəlində start verilib, musiqiçilər iştirak üçün öz çıxışlarını onlayn təqdim ediblər. Ümumilikdə müsabiqəyə 15 ölkədən və ABŞ-ın 5 ştatından 70-ə yaxın iştirakçı qatılıb. Onlardan 5-23 yaş arası iştirakçılar forte-piano və simli alətlər, 5-32 yaş arası iştirakçılar isə ansambl və vokal nominasiyaları üzrə yarışıblar.
Azvision.az
Teqlər: Festival