Meşə yanğınları ABŞ-a 13 milyard ziyan vurub

Meşə yanğınları ABŞ-a 13 milyard ziyan vurub
  19 Noyabr 2018    Oxunub:1559
Kaliforniyada baş verən meşə yanğınları ölkəyə 9-13 milyard dollar həcmində ziyan vurub.
Azvision.az xəbər verir ki, bu barədə qlobal risklərin modelləşdirilməsi üzrə kompaniya (RMS) məlumat yayıb.

Bildirilib ki, Kaliforniyanın şimalında tüğyan edən “Kemp” yanğını dövlətə 7,5-10 milyard dollara, ştatın cənubunu bürüyən “Vulsey” yanğını isə 1,5-3 milyard dollara başa gələ bilər.

Qeyd edilib ki, bu qiymətləndirməyə mülkiyyətə və avtomobillərə vurulan zərər, təsərrüfat fəaliyyətinin dayanmasından dəyən ziyan və insanların yaşayışına çəkilən xərclər daxildir.

Azvision.az



Teqlər: ABŞ   Meşə   Yanğın  





Xəbər lenti