Bakıda sualtı qurğulara dair seminar keçiriləcək

Bakıda sualtı qurğulara dair seminar keçiriləcək
  19 Noyabr 2018    Oxunub:13829
Xəzərdə və ya digər dənizlərdə qurulan neft və qaz platformalarına, külək dəyirmanlarına, çox güman ki, rast gəlmisiniz.
Gördüyünüz bu platformalar bəşər övladı tərəfindən qurulan ‘sualtı dünya’nın gözlə görünən kiçik bir hissəsi olmaqla yanaşı, yüzlərlə metr dərinlikdə yatan sualtı qurğuların mərkəzi idarəetmə sistemi rolunu da oynayırlar. Bəs bir-birindən onlarla kilometr məsafədə yerləşən və müxtəlif dərinliklərdə yatan bu qurğular su üzərində qurulmuş platforma ilə necə əlaqələndirilir? Təbii ki, sualtı dünyanın ‘damar’ları vasitəsilə.

Bakıda keçiriləcək “Sualtı qurğular mühəndisliyinə giriş” adlı seminarda ‘damar’ (umbilical) adlandırdığımız əlaqə vasitəsinin nə olmasından, bu sənayenin tarix boyu keçdiyi inkişaf yolundan, istifadə olunduğu sənaye sahələrindən və ən nəhayət, yüzlərlə metr dərinliklərdə quraşdırılma mərhələlərindən danışacağıq.

Seminarda iştirak və digər məsələlərlə bağlı məlumatı tədbirə həsr olunmuş eventin səhifəsindən öyrənə bilərsiniz.



Teqlər: Seminar   Elm  





Xəbər lenti