Novruz Novruzlu dünyasını dəyişib

  20 Noyabr 2018    Oxunub : 13652
Novruz Novruzlu dünyasını dəyişib
“Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aktyor Novruz Novruzlu vəfat edib.
Azvision.az xəbər verir ki, o, 58 yaşında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsində təhsil alıb. O, institutda oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.

Azvision.az

Teqlər: Novruz-Novruzlu