İvanişvili Rusiyaya qəzəbləndi

İvanişvili Rusiyaya qəzəbləndi
  01 Noyabr 2013    Oxunub:1115
İvanişvilidən qəzəbli anti-Rusiya bəyanatı.
Gürcüstanın baş naziri Bidzina İvanişvili Rusiya əleyhinə bəyanatla çıxış edib. AzVision.az qruziya-online-yə istinadən xəbər verir ki, baş nazir rus ordusunun işğal altındakı ərazilərlə Gürcüstan arasında tikanlı məftillər çəkməsindən hiddətlənib.

“Son bir ildə Gürcüstan hökuməti iki ölkə arasında münasibətlərin qaydaya salınması üçün bir sıra mühüm addımlar atıb. Lakin Gürcüstanın konstruktiv addımlarına, ticarət və humanitar sahələrdə müəyyən dinamikaya baxmayaraq işğal xətti boyu Rusiya ordusu tərəfindən süni baryerlərin və tikanlı məftillərin qurulması prosesi hiddət doğurur”, - deyə İvanişvili bildirib.

Ölkənin xarici siyasət kursuna toxunan baş nazir bir daha Gürcüstan üçün əsas prioritetinin NATO-ya inteqrasiya olduğunu söyləyib.

Xatırladaq ki, eks prezident Mixail Saakaşvili də BMT-nin iclası zamanı çıxışında da sərhəddəki tikanlı məftillərdən danışmışdı. O bilidirmişdi ki, ruslar məftillərin sahəsin genişləndirərək Gürcüstan iqtisadiyyatında həyati önəm daşıyan Bakı-Supsa neft kəmərinin sahəsinə yaxınlaşaraq maneçilik törətməyə çalışır.


Teqlər:





Xəbər lenti