Bakıda hərbi sursat aşkarlanıb
Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 1 ədəd F-1 markalı əl qumbarasıdır. Aşkar edilən hərbi sursat müvafiq qaydada mütəxəssislər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar edilməyib.
Teqlər: