Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi Almaniyada konfans keçirib

Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi Almaniyada konfans keçirib
  22 Noyabr 2018    Oxunub:2340
Almaniyanın Kotbus şəhərində yerləşən Brandenburq Texniki Universitetində Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin (VASW e.V) “Azərbaycan keçmişdə və indiki zamanda” mövzusunda növbəti elmi konfansı keçirilib.
Konfransın gedişinə Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi Azərbaycanın tarixi və mədəniyyəti, habelə, Qarabağ münaqişəsi haqqında kitablar və info–materiallar vasitəsilə dəstək olub. Konfransda VASW–ın üzvləri, Almaniyanın aparıcı universitetlərində namizədlik dissertasiyası yazan azərbaycanlı doktorantlar, xarici tələbələr, elm adamları və qonaqlar, o cümlədən, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri, professor Yaşar Musayev, andlı tərcüməçi Dr.Qurban Ələkbərov iştirak ediblər.

Öncə VASW–ın İdarə Heyətinin üzvü Mehrin Nəzirova qonaqları salamlayıb, Brandenburq Texniki Universitetində görməkdən məmnuluğunu ifadə edib. Daha sonra qonaqları “Milli Dirçəliş Günü” münasibətilə təbrik edərək, onlara 30 il öncə baş verən hadisələrdən danışaraq, video və şəkillər təqdim edib.

Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin sədri Seymur İbrahimov VASW-ın 2007 – ci ildə təsis olduğunu qeyd etdi və 11 il ərzində görülən işlər barədə hesabat verdi.

Fexta Universitetin doktorantı Rəna Hüseynova “Azərbaycanda sosial işin peşə kimi inkişafı” mövzusunda, Humbolt Universitetinin doktorantı Asif Məsimov “Çar imperiyasının XIX əsrdə molokan və duxoborların misalında köçürmə siyasəti ” mövzusunda, Humbolt Universitetin doktorantı Məcid Amandi “Azərbaycan türkcəsi Cənubi Azərbaycanın ictimai-siyasi həyatında“ mövzusunda, Dr. Qurban Ələkbərov “Azərbaycan diasporasının tarixi” mövzusunda məruzə etdilər. Konfrans interaktiv şəkildə davam etdirilib və fikir mübadiləsi aparılıb.



Teqlər:





Xəbər lenti