Avropada işsizlik rekord həddə çatdı

Avropada işsizlik rekord həddə çatdı
  01 Noyabr 2013    Oxunub:1108
Avrozonada işsizlərin sayı 27 milyonu ötüb
Avropada təkcə oktyabr ayında 61 min adam işsiz qalıb. Qərb mətbuatının məlumatına görə, Avrozonaya daxil olan ölkələrin ümumi göstəricilərinə əsasən işsizlik nisbəti 12 %-i keçib. Ən çox işsiz Yunan Kiprindədir.

Ümumilikdə isə avrozonada işsizlərin sayı 27 milyonu keçib.

Ötən illə müqayisədə Avropa Birliyinin tərkibində olan 28 üzv ölkənin 16-da işsizlərin sayı artıb. İşsizlərin ümumi statistikasına əsasən Yunanıstan və İspaniya ilk pillələrdə qərarlaşıb. Daha sonrakı yeri isə Xorvatiya tutub. Bununla yanaşı avropa ölkələrində hər 4 gəncdən biri işsizdir. Gənclərin işsizlik sayı 5 milyondan çoxdur. Yunanıstan və İspaniyada isə vəziyyət daha acınacaqlıdır. Belə ki, bu ölkələrdə gənclərin işsizlik nisbəti 50 % ötür.


Teqlər:





Xəbər lenti