Azərbaycan-Rumıniya təhsil əlaqələri genişlənir
Səfər çərçivəsində F.Qurbanov Rumıniyanın yeni təyin olunmuş milli təhsil naziri Yekaterina Andronesku və nazir müavini Gigel Paraskiv ilə görüşüb. Görüş zamanı F.Qurbanov 2017-ci il mayın 24-dən 25-dək “ADA” Universitetində keçirilən Azərbaycan-Rumıniya universitetlərarası forumunda iştirak etmək üçün rumıniyalı həmkarının ölkəmizə səfərini, Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin, ölkəmizdə Rumıniyaşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini məmnunluq hissi ilə qeyd edib.
Görüşdə nazir müavini, eyni zamanda, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verərək ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinin təşviq edildiyini vurğulayıb.
Sonra Azərbaycan ilə Rumıniya arasında ali və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Nazir müavini, həmçinin Buxarest Politexnik Universitetinin Qabaqcıl Tədqiqatlar Mərkəzində də olub.
Azvision.az