Mir Cəlalın 110-cu ildönümü ilə bağlı dərgi nəşr olunub

Dərginin bu sayında Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərovun, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin, Filologiya elmləri namizədi Almaz Ülvinin, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalının, tənqidçi, filologiya elmlər doktoru Vaqif Yusiflinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Ədəbiyyatı Tarixi Kafedrasının professoru Təyyar Salamoğlunun, şairə - jurnalist Şəhanə Müşfiqin Mir Cəlalın xatirəsinə bədii-publisistik yazıları yayımlanıb. Bundan başqa, Mir Cəlalın iki hekayəsi də Türkiyə türkcəsinə uyğunlaşdırılaraq oxucuların ixtiyarına verilib.
Qeyd edək ki, dərgi Avrasiya Yazarlar Birliyi və Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin əməkdaşlığı sayəsində işıq üzü görüb.
Xatırladaq ki, yazıları Dərnəyin əməkdaşı yazar – tərcüməçi Oktay Hacımusalı hazırlayıb.
Teqlər: