Erməni dili öyrənmək istəyənlər üçün fürsət

 Erməni dili öyrənmək istəyənlər üçün fürsət
  26 Noyabr 2018    Oxunub:24006
Azvision.az saytı erməni dilini öyrənmək istəyənlər üçün ödənişsiz kurslar təşkil edir.
Son vaxtlar erməni dilini öyrənməyə həm maraq, həm də tələbat artıb. Hər şeydən əvvəl ona görə ki, biz ermənilərlə informasiya müharibəsində olduğumuzdan, onların xəbər məkanını izləməliyik. Bunun üçün isə yaxşı dil bilgisinə malik kadrlar tələb olunur.

Azvision.az bu məsələyə həmişə həssas yanaşıb. Saytın erməni versiyası olan Hayatsk.info ölkəmizdə olan çox az ermənidilli resurslardan biri və ən aktividir. Amma istər jurnalistikada, istərsə də bir sıra digər sahələrdə erməni dilini yaxşı bilən kadrlara ehtiyac var, kadrlar isə azdır. Məhz bunu nəzərə alaraq, AzVision.az erməni dili kursları təşkil etməyi qərara alıb.

Kurslara qoşulmaq istəyənlər öz cv-lərini və tərcümeyi-hallarını [email protected] ünvanına göndərə bilərlər. Yaxın bir həftə ərzində müraciətlərə baxılandan sonra sizə cavab veriləcək.

İsrarla xahiş edirik ki, ancaq dil öyrənmək niyyəti ciddi olanlar və qəbul ediləcəyi təqdirdə məşğələlərə davamlı gələcək şəxslər müraciət etsinlər.



Teqlər: Erməni-dili  





Xəbər lenti