Nazirlik Məmmədovu 4000 manat cərimələdi

Nazirlik Məmmədovu 4000 manat cərimələdi
  26 Noyabr 2018    Oxunub:1520
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 56 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexin sahibi Mürsəl Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Azvision.az


Teqlər: ETSN   Cərimə  





Xəbər lenti