“Azeri Light”-ın qiyməti 63 dolları ötüb

“Azeri Light”-ın qiyməti 63 dolları ötüb
  27 Noyabr 2018    Oxunub:1703
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar geriləyərək 60,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 51,35 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,88 dollar artaraq 63,13 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti