"Zirə"nin məşqçisi cəzalandırılıb

"Zirə"nin məşqçisi cəzalandırılıb
  27 Noyabr 2018    Oxunub:9809
"Zirə" futbol klubunun məşqçisi cəzalandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin qərarında deyilir.

Qeyd olunur ki, noyabrın 25-də Premyer Liqanın XII turunun “Zirə” - “Sumqayıt” matçında “Zirə” klubunun məşqiçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Bundan başqa, noyabrın 24-də Premyer Liqanın XII turunun “Keşlə” - “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

“Səbail” – “Neftçi” matçının 90-cı dəqiqəsində “Səbail” klubunun 33 №-li futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Səbail” klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti