Bakıda iri avtomobil dayanacağı tikilir

Bakıda iri avtomobil dayanacağı tikilir
  01 Noyabr 2013    Oxunub:1455
Bakıda yeni iri avtomobil dayanacağı tikilir. Avtomobillərin saxlanılması üçün nəzərdə tutulan məkan Qara Qarayev prospektində, 8-ci km bazarının qarşısındakı parkda tikilir. Burada, həm yeraltı, həm də yerüstü ərazidə təxminən 400 avtomobilin parklanması mümkün olacaq.

Bu barədə Azərbaycan Memarlar İttifaqının katibi, «Atilla» şirkətinin baş memarı İlqar Bəylərov məlumat verib.

Onun sözlərinə görə, hazırda ərazidə tikinti davam etdirilir: «Artıq yeraltı hissə hazırdır, yerüstü hissə tikilir. Düşünürəm ki, bu avtomobil dayanacağı həmin ərazinin nəqliyyat məsələlərini həll etməyə yardım edəcək».

Qeyd edək ki, tikinti işlərinin gələn ilin əvvəlinə yekunlaşması nəzərdə tutulub. (apa)


Teqlər:  





Xəbər lenti