İpotekanın maksimumu artırıldı

İpotekanın maksimumu artırıldı
  04 Fevral 2013    Oxunub:2257
İpoteka kreditlərinin maksimum məbləği 50 min manata çatdırılıb.
AzVision.az-ın məlumatına əsasən, bununla bağlı Prezident İlham Əliyev bu gün Fərman imzalayıb.
2007-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları”nda dəyişikliklərin edilməsi haqqında Prezidentinin Fərmanında deyilir ki, “35 000” rəqəmi “50 000” rəqəmi ilə əvəz edilsin.
Qaydalara edilən başqa bir dəyişiklik İpoteka kreditləri üzrə güzəştlərdədir. Belə ki, ipoteka kreditləri üzrə güzəştlərdən üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuların istifadə etmək hüququ var
Bir başqa dəyişikliklə isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü,42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.


Teqlər:  





Xəbər lenti