Bakıda köhnə liftlərin hamısı yenilənəcək

Bakıda köhnə liftlərin hamısı yenilənəcək
  28 Noyabr 2018    Oxunub:2842
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Azvision.az xəbər verir ki, paytaxt rayonlarının icra başçılarının, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə binaların lift təsərrüfatlarının yenilənməsi məsələsinə xüsusi toxunulub. Bakıda köhnə liftlərin yenilənəcəyi vurğulanıb.

Bildirilib ki, ölkə başçısının paytaxtın lift təsərüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlər artıq fevral-mart aylarında reallaşacaq.

Qeyd olunub ki, bu işlər Şəhər İcra Hakimiyyətinin nəzarətində saxlanılır.

Azvision.az


Teqlər: BŞİH   Lift  





Xəbər lenti