“5 ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib” - Nazir

 “5 ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib” -  Nazir
  28 Noyabr 2018    Oxunub:16148
"Son illər çağdaş təhsil tarixində yüksək inkişaf bütün sahələrdə islahatların daha dərinləşməsi dövrü kimi xarakterizə olunur. Təhsil sistemin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib. Nazir bildirib ki, son illərdə məktəbəhazırlılığın əhatəlilik səviyyəsi əsaslı şəkildə artıb. 2020-ci ildə 90 faizə çatdırılması hədəf olaraq seçilib.

"Bu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 10-11-ci sinifləri üzrə təhsil alanların 28 faizini təşkil edib. İlkin təhlillər göstərir ki, təmayüllü məktəbləri bitirən şagirdlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərirlər. Respublika fənn olimpiadalarının iştirakçılarının sayı təxminən 5 dəfə, bütün fənlər üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri isə 17 faiz artıb".

C.Bayramov qeyd edib ki, son 5 ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib: "1-ci siniflərə qəbul olan şagirdlərin sayı 230 mindən çox artıb. Son 5 il ərzində şagird müəllim nisbətində xeyli artım qeydə alınıb. 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu, 2014-cü illə müqayisədə 2.3 dəfə çoxdur. Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən, 3 regional kollec yaradılıb, 6 kollec profilə uyğun olaraq ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərir. Həmin kolleclərə ali məktəblərin ixtisasları unitifikasiya olunub. Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl təcrübəyə əsasən Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti