Ceyhun Bayramov əsas hədəfləri açıqlayıb

Ceyhun Bayramov əsas hədəfləri açıqlayıb
  28 Noyabr 2018    Oxunub:18889
"Təhsil daim inkişaf edən sahələrdən biridir"
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, növbəti qurultaya qədər həlli vacib olan bir sıra məsələlər mövcuddur: "Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tədbiqi qarşıda duran başlıca vəzifələrdəndir. Qəbul edilməlidir ki, yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacaq. Bununla bağlı təmayülləşmənin daha erkən yaşlardan tədbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robot texnologiyası, süni intellekt, nano texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi prioritet hesab olunmalıdır".

C.Bayramov qeyd edib ki, məzmunun tədbiqi ilk növbədə yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedoqoji kadrlar tələb edir. "Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə nazirlik tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tədbiqi təcrübə kompanentinin əhəmiyyətli dərəcədə artması əsas hədəflər kimi müəyyən edilib. Ali təhsil sahəsində ən böyük hədəflərdən biri əhatəliliyin və keyfiyyətin artırılmasıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti