Məleykə Abbaszadə: “İşimizlə əlaqədar şikayətlər alırıq”

 Məleykə Abbaszadə: “İşimizlə əlaqədar şikayətlər alırıq”
  28 Noyabr 2018    Oxunub:17226
"Dövlət İmtahan Mərkəzi üzərinə düşən missiyanın səmərəliliyini təmin etmək üçün proses iştirakçıları ilə sağlam əlaqə yaratmağı vacib sayır. Bu prosesdə müəllimlərin də müstəsna rolu var"
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib.

DİM rəhbəri hesab edir ki, prosedurların şagird və valideynlərə izah olunması, nəticələrin düzgün təqdim olunmasında, uşaqların zəif və güclü cəhətlərinin müəyyən olunmasında müəllimlərin yaxından iştirakı vacibdir.

"Biz öz işimizlə əlaqədar ictimaiyyətdən də çox olmasa da, şikayətlər alırıq. Ancaq biz o şikayətləri əks əlaqə kimi qəbul edirik. Bu ilki imtahan kampaniyası ərzində DİM-ə 2417 yazılı müraciət daxil olub. Bu da iştirakçıların sayının 0.3 faizini təşkil edir. Bu cür əks əlaqələr prosesin daha da təkmilləşməsinə kömək edir. Lakin onu da qeyd edim ki, biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq. Təəssüf ki, bəzən müəllim adını daşıyan bəzi şəxslər də bu tipli proseslərdə iştirak edir. Təbii ki, biz bu cür halların qarşısını alırıq və belə əməllərə hüquqi qiymət verilməsini təmin edirik".

Aytən Zəhra
Azvision.az






Teqlər: DİM  





Xəbər lenti