Azercell yeni “Audio Kitablar” layihəsini təqdim etdi
“Audio Kitablar” xidməti Azercell şirkətinin Bookmate layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.
Qeyd edək ki, “Bookmate” – mobil telefonla yanaşı, istənilən elektron cihaz üzərindən kitabların oxunmasını mümkün edən bir xidmətdir. Tətbiq dünyanın 12 dilində ədəbi, elmi, bədii və digər janrları əhatə edən 850 mindən çox kitabı özündə cəmləyib. Bu populyar beynəlxalq platformaya abunəliyi ölkəmizdə Azercell şirkəti təqdim edir. Bu kitabxana oxucuları, müəllifləri, nəşriyyatları, brendləri və yayım şirkətlərini bir araya gətirir. “Bookmate”-də aktiv oxucular tanış olduqları kitablar barədə rəy yazır, digərlərinə də maraqlı əsər tapmaqda yardımçı olurlar.
Xidmətin ən mühüm üstünlüklərindən biri də kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitab cihaza yox, abunəçinin şəxsi kitabxanasına əlavə edilir. Ona görə də kitabları istənilən vaxt, istənilən yerdə və istənilən cihazdan oxumaq mümkündür. Onu da qeyd edək ki, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate”-dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Xidmət haqqında ətraflı məlumatı və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
Teqlər: Azercell