Çempionlar Liqasında 5-ci turun nəticələri - VİDEO

Çempionlar Liqasında 5-ci turun nəticələri -  VİDEO
  29 Noyabr 2018    Oxunub:11703
Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.
Azvision.az-ın məlumatına görə, ikinci oyun günündə 8 qarşılaşma keçirilib.

5-ci turun yekununa əsasən "Bavariya", "Ayaks", "Mançester Siti", "Roma", "Real", "Yuventus", "Mançester Yunayted"dən sonra "Atletiko”, “Borussiya”, “Barselona”, “Portu” və “Şalke” də sona 1 tur qalmış növbəti mərhələyə yüksəlib.

A qrupu

“Atletiko” (İspaniya) – “Monako” (Fransa) -2:0


Qollar:Badiaşile, 2-avtoqol, Qrizmann, 24

“Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika) - 0:0



B qrupu

“Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya) - 1:0


Qol: Eriksen, 80

PSV (Hollandiya) – “Barselona” (İspaniya) - 1:2


Qol: Messi, 61 (0:1), Pike, 70 (0:2), De Yonq, 83 (1:2)

C qrupu

“Napoli” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) - 3:1


Qol: Hamşik, 11 (1:0), Mertens, 33 (2:0), 52 (3:0), El Fardo Ben, 57 (3::1)

PSJ (Fransa) – “Liverpul” (İngiltərə) - 2:1


Qol: Bernat,13 (1:0), Neymar, 37 (2:0), Milner, 45+1 (2:1)

D qrupu

“Lokomotiv” (Moskva, Rusiya) - “Qalatasaray” (Türkiyə) - 2:0


Qollar: Krıxovyak, 43, İqnatiyev, 54

“Portu” (Portuqaliya) – “Şalke” (Almaniya) - 3:1


Qollar: Militao, 52 (1:0), Korona, 55 (2:0), Bentaleb, 88-pen. (2:1), Mareqa, 90+4

ÇL-da 5-ci turun ilk oyun günündə keçirilən qarşılaşmaların icmalını BURADAN izləyə bilərsiniz.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UCL   ÇL   Futbol  





Xəbər lenti