““Qanpulu” sözünü çıxaraq leksikondan...” - Nazirlik rəsmisi

““Qanpulu” sözünü çıxaraq leksikondan...” -  Nazirlik rəsmisi
  29 Noyabr 2018    Oxunub:1838
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov jurnalistlərə müraciət ünvanlayıb.
Azvision.az xəbər verir ki, nazirlik rəsmisi şəhid ailələrinə verilən birdəfəlik ödəmənin xəbərlərdə "qanpulu" kimi təqdim olunmasına iradını bildirib.

"Şəhid qanı müqəddəsdir və müqəddəs olan bir şeyin qiyməti olmaz. Ona görə də birdəfəlik ödəmənin “qanpulu” kimi ifadə olunması, hətta az qala ümumişlək sözə çevrilməsi düzgün deyil və “qanpulu” sözünü çıxaraq leksikondan".

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti