“Qarabağ”dan biabırçı məğlubiyyət - Yenilənib

“Qarabağ”dan biabırçı məğlubiyyət - Yenilənib
  30 Noyabr 2018    Oxunub:22016
Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” klubu Portuqaliyanın “Sportinq” komandası ilə qarşılaşıb.
Azvision.az xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda keçirilib.

Matçda hesab erkən açılıb. Qarşılaşmanın 3-cü dəqiqəsində Ağdam klubunun qapısına vurulan penalti zərbəsi dəqiq olub.

Görüşün 13-cü dəqiqəsində Abdulla Zubirin vurduğu qolla “Qarabağ” hesabı bərabərləşdirib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 20-ci dəqiqəsində “Sportinq” önə keçib. Rəqib komandanın heyətində çıxış edən Nani hesabda fərqi artırıb - 1:3

Portuqaliya təmsilçisi oyunun ikinci hissəsində növbəti dəfə fərqlənib. Görüş “Qarabağ”ın rəqib qarşısında 1:6 hesablı biabırçı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, oyunu Fransadan olan hakimlər briqadası idarə edib.

***
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün saat 21:55-də başlayacaq "Qarabağ" - "Sportinq" oyunu üçün start heyətlər açıqlanıb.

Azvision.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Qarabağ": 1. Hannes Halldorsson, 14. Rəşad Sadıqov (k), 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 8. Miçel, 6. Simoen Slavçev, 17. Abdulla Zubir, 11. Mahir Mədətov, 9. Araz Abdullayev

"Sportinq": 40. Renan Ribeyro, 4. Sebastyan Koates, 5. Cefferson, 6. Andre Pinto, 8. Bruno Fernandes, 17. Luis Nani (k), 23. Abdulay Diabi, 28. Bas Dost, 37. Vendel, 76. Bruno Qaspar, 86. Nemanya Qudel

Azvision.az


Teqlər: Qarabağ   Sportinq  





Xəbər lenti