Yazıçımız dünya şöhrətliləri ilə bir sırada
Yekun uzun siyahı ilkin uzun siyahıdan sonra xüsusi fərqlənmə dərəcəsidir. ilkin uzun siyahıda son 4 ildə fərqlənmiş 6000 namizəd yer almışdısa (hər ilin yekununa görə 1500 yazar), yekun uzun siyahıda cəmi 600 ( hər ilin yekununa görə 150 yazar) yer alıb. Mükafat marafonunun sonuncu mərhələsi isə qısa siyahının açıqlanması olacaq.
Yekun uzun siyahıda həmyerlimiz «Çarlz Dikkens adına Böyük proza" nominasiyasında olduqca məşhur dünya yazarları ilə bir sırada qərarlaşıb. Onların arasında 2001-ci ildə Nobel mükafatına layiq görülmüş hind əsilli Britaniya yazıçısı Vidiadxar Naypol, dördqat Oskar laureatı, zəmanəmizin ən nəhəng ssenaristi və kinorejissoru Vudi Allen, dünyada milyon tirajlarla satılan "Mələklər və şeytanlar", "Da Vinçi şifrəsi" kimi superbestsellerlərin müəllifi Den Braun, ABŞ Milli Kitab mükafatı laureatı, The New York Times-in versiyasında ABŞ-da son 25 ilin ən yaxşı kitabı olan "Bəyaz səs-küy"ün müəllifi, dövrün ən məşhur postmodern yazıçısı Donald Riçard Don Delillo, müxtəlif illərdə Buker və Pulitser mükafatları qazanmış Marlon Ceyms, Rassel Makunen, Pol Bitti, Deniel Hovard, Stiven Millhauzer, Merilin Robinson, Marvin Saymon kimi yazıçılar pleadası yer alır.
Beynəlxalq London mükafatının yekun uzun siyahısına düşmək artıq çox böyük uğur hesab olunur. Siyahıya düşmüş hər bir yazıçı artıq nominant döş nişanını, müvafiq fərqlənmə sertifikatını, "2015-2019-cu illərin ən yaxşı yazıçısı" adını və plaketini özlərinə təmin etmişlər.
Beynəlxalq London Mükafatının qalibi isə üzümüzə gələn il müəyyənləşəcək, Londonda düzənlənəcək təntənəli mərasimdə üzərində Böyük Britaniyanın bayrağı və qalibin adı həkk edilmiş qiymətli metaldan olan mükafata layiq görüləcək.
Teqlər: